• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları bəlli oldu

İDMAN

21 Aprel 2022 | 22:53 | Müəllif: Subhan Mahmudov

Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları bəlli oldu

Azərbaycanın millisinin cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokuna qatılacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, federasiyanın Mətbuat xidmətindən verilən məlumata görə, turnirdə dünyanın 25 ölkəsindən 243 idmançı medallar və reytinq xalları uğrunda mübariz aparacaqlar.

Azərbaycanı turnirdə Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hər üçü 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (+100 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 23-24 apreldə təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026