• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Cəbrayıl" Region Liqasının qalibi oldu

İDMAN

20 May 2022 | 18:40 | Müəllif: Subhan Mahmudov

"Cəbrayıl" Region Liqasının qalibi oldu

Futbol üzrə Region Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, "Cəbrayıl" klubu final qarşılaşmasında "Xan Lənkəran"a 1:0 hesabı ilə qalib gəlib. Matç Şamaxı şəhər stadionunda keçirilib. Oyunda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub.

Görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltini dəqiq yerinə yetirə bilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026