• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Marselo və Dani Alveş eyni klubda oynaya bilər

İDMAN

19 Iyun 2022 | 18:00

Marselo və Dani Alveş eyni klubda oynaya bilər

“Valyadolid” müdafiəni iki braziliyalı futbolçu ilə gücləndirmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, Marselo və Dani Alves komandaya qoşula bilər. Onlar müvafiq olaraq “Real” (Madrid) və “Barselona”nı azad agent kimi tərk ediblər.

Klubun səhmlərinin 51%-nin sahibi və onun prezidenti olan keçmiş futbolçu Ronaldo təkcə heyətin ümumi səviyyəsini yaxşılaşdırmaq deyil, həm də sponsorlar üçün klubun cəlbediciliyini artırmaq məqsədilə Braziliya millisi üzrə iki keçmiş komanda yoldaşı ilə müqavilə imzalamaq istəyir.

Ehtimala görə, Marselo və Alveş əhəmiyyətli maaş azaldılması ilə razılaşmalı olacaqlar. Belə ki, “Valyadolid” onlara əvvəlki komandalarda aldıqları qədər pul ödəyə bilmir.

Qeyd edək ki, Ronaldonun komandası ötən mövsüm İspaniyanın ikinci divizionunu 2-ci pillədə başa vurub və aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026