• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Milan" İbrahimoviçlə müqaviləni uzatdı

İDMAN

18 Iyul 2022 | 18:41 | Müəllif: Subhan Mahmudov

"Milan" İbrahimoviçlə müqaviləni uzatdı

İsveçli hücumçu Zlatan İbrahimoviç “Milan”la yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtalyanlarla 40 yaşlı İbrahimoviç arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.

2021/22 mövsümündə hücumçu A Seriyasında 23 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, İbrahimoviçin bazar dəyəri 3 milyon avrodur. Bu mövsüm “Milan” 11 ildə ilk dəfə İtaliya çempionluğunu qazana bilib. “İnter” turnirin qalibindən cəmi iki xal geri qalaraq ikinci olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026