Danimarkalı futbolçu Joachim Andersen ölümlə hədələnir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki bu barədə futbolçunun özü bildirib.
Onun sözlərinə görə, hər şey "Liverpul"un "Kristal Pelas"la 1:1 hesablı oyunda baş verib. Belə ki, oyunda Darvin Nunesin qırmızı vərəqə alması ilə nəticələnən insidentin mərkəzində Joachim Andersen olub. Üstəlik, danimarkalı oyunçuya qarşı reaksiyalar hədsiz dərəcədə artıb və o, sosial mediada ölümlə hədələnib.
Qeyd edək ki, Premyer Liqa matçı zamanı uruqvaylı hücumçu Darvin Nunesin qarşısını almağa çalışarkən insident yaşanıb. İki futbolçunun mübahisəsindən sonra Nunes rəqibinə baş zərbəsi endirərək oyundan kənar qalıb. Uruqvaylı futbolçu bu hərəkətinə görə çoxlu tənqidlərlə üzləşib.
Yurgen Klopp yüksək maaşlı oyunçunun ciddi səhv etdiyini etiraf edbi. Bununla belə, "qırmızılar"ı dəstəkləyən bütün dünya azarkeşləri final fitindən sonra qəzəblərini Andersendən çıxarşblar.
Danimarkalı futnolçu sosial şəbəkə vaxitəsilə azarkeşlərə müraciət edib: "Dünən gecə yüzlərlə belə mesaj aldım. Bir komandanı dəstəklədiyinizi başa düşürəm, amma ona hörmət edin və internetdə sərt davranmağı dayandırın. Ümid edirəm ki, "Instagram" və Premyer Liqa bununla bağlı nəsə edəcək".
Aytac Aslan