• Bakı 14° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

İlon Mask "Mançester Yunayted"i almaq istəyir

İDMAN

17 Avqust 2022 | 09:02

İlon Mask Mançester Yunaytedi almaq istəyir

"SpaceX" və "Tesla" şirkətlərinin sahibi olan amerikalı milyarder İlon Mask İngiltərənin "Mançester Yunayted" futbol klubunu almaq niyyətində olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Mask bu barədə "Twitter" səhifəsində yazıb.

"Bundan başqa, mən "Mançester Yunayted"i alıram", - İlon Mask yazıb.

Belə ki, o, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərini əks etdirən digər nəşrinə münasibət bildirib.

Mançester Yunayted 1878-ci ildə yaradılıb və indiki adını 1902-ci ildə alıb. Dünyanın ən məşhur və uğurlu futbol klublarından biridir. Komanda öz tarixi ərzində 20 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, üç dəfə Avropa Kubokunun (sonradan Çempionlar Liqası) qalibi olub.


SON XƏBƏRLƏR