• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Dinamo" "Milan"a uduzdu

İDMAN

14 Sentyabr 2022 | 23:36 | Müəllif: Subhan Mahmudov

"Dinamo" "Milan"a uduzdu

Azərbaycan milllisinin üzvü Mahir Emrelinin də oynadığı "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tur matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Milan"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub. M.Emreli sözügedən görüş üçün iştirak ərizəsində yer alıb, ancaq sona kimi ehtiyatda qalıb.

Qeyd edək ki, hazırda E qrupunda "Milan" 4 xall 1-ci, "Dinamo" 3 xalla 3-cüdür.

E qrupu

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: Jiru, 45-pen (1:0), Saelemaekers, 47 (2:0), Orşiç, 56 (2:1), Pobeqa, 77 (3:1)

Baş hakim: Xesus Gil (İspaniya)

"San Siro" stadionu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026