• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avroliqada həftənin oyunçusu bəlli oldu

İDMAN

14 Oktyabr 2022 | 23:29 | Müəllif: Subhan Mahmudov

Avroliqada həftənin oyunçusu bəlli oldu

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Bakıvaxtı.az matc.az-a istinadən bildirir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsverməyə əsasən, bu ada Portuqaliya "Braqa"sının hücumçusu Vitor Olivyera layiq görülüb.

22 yaşlı forvard Belçikada "Union"la 3:3 hesablı heç-heçə etdikləri görüşdə 41 dəqiqəyə het-trik edib.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına "Omoniya"nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman və "Şturm"un (Avstriya) hücumçusu Uilyam Bovinq də namizəd idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026