• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Vuşkoviç futboldan kənarlaşdırıldı

İDMAN

13 Noyabr 2022 | 17:00 | Müəllif: Subhan Mahmudov

Vuşkoviç futboldan kənarlaşdırıldı

Almaniya Futbol Assosiasiyasının (DFB) Nəzarət Komitəsi "Hamburq"un müdafiəçisi Mario Vuşkoviçi müvəqqəti olaraq futboldan kənarlaşdırıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, buna antidopinq qaydalarını pozmaqda şübhəli bilinən xorvatiyalı oyunçu ilə bağlı araşdırmaların başlaması səbəb olub.

Almaniya Milli Antidopinq Agentliyinin (NADA) 21 yaşlı futbolçudan götürdüyü qan nümunəsində eritropoetin aşkarlanıb.

DFB-nin İdman məhkəməsi növbəti addımlar barədə gələn həftənin əvvəlində qərar verəcək.

Qeyd edək ki, Mario Vuşkoviç bu ilin iyulundan "Hamburq"da çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026