• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Fernando Santos istefaya göndərilir

İDMAN

13 Dekabr 2022 | 14:31

Fernando Santos istefaya göndərilir

Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndəriləcək.

Bakıvaxtı.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (FPF) 68 yaşlı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv edəcək.

FPF prezidenti Fernandu Qomeş artıq bu posta yeni namizəd axtarır.

Qeyd edək ki, Fernandu Santuşun sözləşməsi 2024-cü ilədək nəzərdə tutulub. 2014-cü ildən yığmanın sükanı arxasında olan mütəxəssis 2016-cı ildə komanda ilə Avropa çempionu tituluna sahib çıxıb. Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026