• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DÇ-2022: Fransa - Mərakeş matçının hakimləri bəlli oldu

İDMAN

12 Dekabr 2022 | 22:45 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: Fransa - Mərakeş matçının hakimləri bəlli oldu

Qətərdə təşkil olunan dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında keçiriləcək yarımfinal oyununa təyinatlar açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanı Meksika Futbol Federasiyasından olan Sezar Ramos idarə edəcək.

Ona yan xətt hakimləri Alberto Morin və Migel Ernandes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Xesus Valensuela yerinə yetirəcək.

Kanadalı Drü Fişer VAR hakimi, kolumbiyalı Nikolya Qallo isə onun köməkçisi olacaq.

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026