• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

AFFA bu klubları CƏRİMƏLƏDİ

İDMAN

14 Oktyabr 2022 | 14:55 | Müəllif: Qalib İbrahimoğlu

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının IX turunun matçlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.

Qəbələ” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimələnib. Qəbələ təmsilçisinin futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu üzündən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib. “Qəbələ” 1600 manat ziyana düşüb.

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə bakılılar 1600 manat cərimə olunub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəyəcək.

“Zirə” – “Şamaxı” görüşündə qonaqların futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması kluba baha başa gəlib. Şamaxı təmsilçisi 3000 manat cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR