Avqustun 20-dən 26-dək Bosniya və Herseqovinada hazırlıq prosesində olacaq Azərbaycan U-19 millisi bu gün Bakıda təlim-məşq toplanışlarına start verib.
Bakıvaxtı.az xəbər verir ki, yığma avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
U-19-un Bakı toplanışı üçün heyəti:
Məlik-Yeqanov Vaqif, Musa Məmmədov, Axundzadə Nəriman ("Qarabağ"), Həsənov Sahib, Adilxanov Edgar, Səfərov Qurban ("Şamaxı"), Rəvan Kazımov, Abbasov Rüfət, Nurlan Musayev, Salyanski Ağadadaş, Ayxan Süleymanlı ("Sumqayıt"), Rüstəmov Emin, Bədizadə Ayxan, Məmmədov Elcan ("Səbail"), Rəşidov Nuğayev (MOİK), Firəddin Abdullayev, Nicat Quliyev ("Sabah"), İbrahim Ramazanov, Samir Ağayev, Şahniyarov Şahin ("Qəbələ"), Cavad Kərimov ("Kəpəz"), Mahmud Ağayev ("Zirə"), Şəfiyev Sadiq ("Turan Tovuz")