“Barselona”nın futbolçusu Jordi Alba evlənib.
Bakıvaxtı.az AS-a istinadən xəbər verir ki, o, nişanlısı Romari Ventura ilə münasibətlərini rəsmiləşdirib.
Toy mərasimində Albanın keçmiş komanda yoldaşları Lionel Messi, Luis Suares, Fransesk Fabreqas, Mark Bartra da iştirak edib.
















