• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Qarabağ”ın növbəti mərhələdəki rəqibi bilindi

İDMAN

18 Iyul 2022 | 14:18 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”ın növbəti mərhələdəki rəqibi bilindi

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.

II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026