• Bakı 24° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

"Barselona" Levandovski üçün pul axtarır

İDMAN

21 May 2022 | 15:55 | Müəllif: Subhan Mahmudov

"Barselona" Levandovski üçün pul axtarır

"Barselona" "Bavariya"nın futbolçusu  Robert Levandovskini transfer etmək üçün pul axtarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Kataloniya təmsilçisi 33 yaşlı hücumçuya görə aktivlərini satmağa hazırlaşır. Prezident Joan Laporta hazırda iki aktivin - "Barca Licensing Merchandising" (BLM) və "Barca Estudios"un 49 faizinin satışının üzərində işləyir.

Həmçinin "Barselona" futbolçularının maaşlarını azaltmağı da düşünür. (qol.az)

Qeyd edək ki, Levandovski bu mövsüm 46 matçda 50 qol vurub. Onun ilkin transfer dəyəri isə 40 milyon avrodur. Levandovskinin sözləşməsi 2023-cü ilin yayına qədərdir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026