• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

İDMAN

23 Aprel 2022 | 00:04

UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

UEFA Region Kubokunun 2022/2023 mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.

Bakıvaxtı.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Region Liqasında 2021/2022-ci illər mövsümünün qalibi ilkin mərəhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq.

Oyunlar 23 - 29 iyunda olacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

Qeyd edək ki, UEFA Region Kubokunun 2020/21-ci illər mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026