• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rayonlara avtobuslar işləyir? - AÇIQLAMA

CƏMİYYƏT

10 Yanvar 2023 | 15:36

Rayonlara avtobuslar işləyir? - AÇIQLAMA

Azərbaycanda hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarsı və rayonlararası marşrutlar istiqamətində monitorinq aparılıb.

"Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir. Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib. Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıb", - məlumatda deyilir.

Qeyd edək ki, dünən Bakıdan Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Gədəbəy istiqamətinə olan avtobus reysləri hava şəraiti ilə bağlı təxirə salınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026