• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Xəstəxanaya yerləşdirilən Rey Kərimoğludan  XƏBƏR VAR -YENİLƏNİB

CƏMİYYƏT

23 Fevral 2024 | 21:14

Xəstəxanaya yerləşdirilən Rey Kərimoğludan  XƏBƏR VAR -YENİLƏNİB

Xətai Tibb Mərkəzinə yerləşdirilən tanınmış jurnalist Rəy Kərimoğlunun səhhəti normaldır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə adıçəkilən merkəzdən bildirilib.

"Rəy Kərimoğlunun təzyiqi normallaşıb, burun qanaması və baş ağrısı yoxdur".

***

13:39

“Hazırda Xətai Tibb Mərkəzindəyəm”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, ötən gecə təzyiqi yüksəldiyindən adıçəkilən tibb mərkəzinə gətirilib:

“Xəstəxanaya yerləşdirilmişəm. Həkimlər müayinələri aparıblar. Bütün lazımı tibbi prosedurlar həyata keçirilib”.

R.Kərimoğlu hazırda səhhətinin normal olduğunu bildirib.

Nərgiz Məmmədli

***

12:10

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhəti pisləşib və o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Bakıvaxtı.az Qaziler.az-a istinadla xəbər verir ki,  R.Kərimoğlunun qan təzyiqi gecə çox yüksəlib.

Təcili yardım çağrılıb və jurnalist Xətai Tibb Mərkəzinə çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib.

Səhər saatlarında qazinin vəziyyəti yenidən pisləşib. Təcili tibbi yardım briqadası çağrılıb. Həkimlər onun təzyiqini normallaşdıra biliblər.

Hal-hazırda jurnalistin vəziyyəti yaxşıdır.


SON XƏBƏRLƏR

26 Iyul 2024