• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ronaldo 2030-cu ildə səfir ola bilər

İDMAN

04 Dekabr 2022 | 18:55

Ronaldo 2030-cu ildə səfir ola bilər

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını  Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, portuqaliyalı ulduz hücumçu “Əl-Nəsr”ə keçidi baş tutsa, Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına namizədliyinin səfiri ola bilər. Bildirilir ki, Ronaldon Çempionlar Liqasında oynamaq istəyinə görə hələlik təklifi qəbul etməyib.

Bir gün əvvəl Ronaldonun "Əl-Nəsr" klubu ilə müqavilə imzalamağa yaxın olduğu barədə məlumat yayılmışdı. Bildirilib ki, səudiyyəlilər 37 yaşlı hücumçuya ümumilikdə 500 milyon avro dəyərində 2,5 il müddətinə əmək müqaviləsi imzalamağı təklif edir.

Xatırladaq ki, sözün əsl mənasında Qətərdə keçirilən dünya çempionatının başlanğıcında Ronaldo komandasız qalmışdı. Onun "Mançester Yunayted" lə müqaviləsi pozulub.

İndi portuqaliyalı bütün diqqətini dünya çempionatında milli komandada oynamağa cəmləyib. Ronaldo hər iki matçda iştirak edib və qol vurub.


SON XƏBƏRLƏR