• Bakı 20° C

    2.65 m/s

Rusiya qətiyyətimizi sınamaq istəyir - Vadeful

DÜNYA

30 Sentyabr 2025 | 00:50 | Müəllif: Subhan Mahmudov

Rusiya qətiyyətimizi sınamaq istəyir - Vadeful

Rusiya bizim qətiyyətimizi sınamaq, qarışıqlıq yaratmaq istəyir. Bu, təhlükəlidir və buna birlikdə aydın cavab verilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Varşavada Polşa, Fransa və Ukraynadan olan həmkarları ilə görüşündə deyib.

NATO ölkələrinə qarşı hibrid hücum dalğasının müşahidə olunduğunu, Polşa, Estoniya, Rumıniya və Danimarkada dron hadisələrinin qeydə alındığını xatırladan Y.Vadeful bu fəaliyyətlərin təsadüfi olmadığını vurğulayıb.

“Hədəf bizim hava məkanlarımız, kritik infrastrukturumuz və müdafiəyə hazırlığımızdır”, - deyə Vadeful bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026