• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiya “TikTok”u CƏRİMƏLƏDİ

CƏMİYYƏT

06 Dekabr 2023 | 12:58 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya “TikTok”u CƏRİMƏLƏDİ

Rusiya “TikTok”u cərimələyib.

Bakıvaxtı.az lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı Moskvanın Taqanski Rayon Məhkəməsi qərar çıxarıb. Moskva Ümumi Yurisdiksiya Məhkəmələrinin Telegram kanalında yer alan məlumata görə, “TikTok” sosial şəbəkəsi 800 min rubl məbləğində cərimələnib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 13.50-ci maddəsinin 2-ci hissəsi (“Sosial şəbəkə sahibinin sosial şəbəkəyə nəzarət etmək öhdəliyini yerinə yetirməməsi və ya məlumat əldə etmək imkanını məhdudlaşdıran tədbirlər görməməsi”) ilə təqsirli bilinib.

“TikTok” “qarmaqlar” haqqında qadağan olunmuş videoları silmədiyinə görə cərimələnib.

Əvvəllər məşhur striminq xidməti Twitch və foto hostinq saytı Pinterest Rusiyada analoji maddə ilə cərimələnib. Hər iki şirkətə 800 min rubl ödəməyə qərar verilib.

Bundan əlavə, Moskva məhkəməsi Telegram-ı 4 milyon rubl cərimələyib. Buna səbəb Roskomnadzorun göstərişlərinə əməl edilməməsi olub.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026