• Bakı 16° C

    1.95 m/s

Rusiya vətəndaşlarını bu ölkədən çıxarır

DÜNYA

12 Noyabr 2023 | 15:55 | Müəllif: Subhan Mahmudov

Rusiya vətəndaşlarını bu ölkədən çıxarır

Rusiya Fövqəladə Hallar Nazirliyi rusiyalı diplomatlarla birlikdə Qəzza zolağından dinc sakinləri təxliyə etməyə başlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya FHN-dən bildirilib.

Məlumata əsasən, artıq Rusiya vətəndaşları keçid məntəqəsindən keçirlər.

"Bir həftə ərzində Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qrupu Fələstin-İsrail münaqişəsi zonasında olan Rusiya vətəndaşlarının təxliyyə marşrutlarının və prosedurunun əlaqələndirilməsi üzərində çalışıb. Hazırda münaqişə zonasını tərk etmək istəyən Rusiya Federasiyası vətəndaşları keçid məntəqəsindən keçirlər", - deyə nazirlik qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026