Cənubi Koreya Şimali Koreya təhlükəsinə qarşı 5 il ərzində müdafiə sənayesinə, təxminən, 266 milyard dollar xərcləməyi planlaşdırır.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyi 2024-2028-ci illəri əhatə edən orta müddətli müdafiə planını açıqlayıb.
Müvafiq olaraq, Cənubi Koreya "ordunun müdafiə sənayesini Şimali Koreyanın hərbi təhdidlərinə qarşı gücləndirmək" üçün 266 milyard dollar büdcə ayırıb.
Qeyd edək ki, büdcə çərçivəsində müdafiə qabiliyyətinin inkişafı və texnikanın saxlanması nəzərdə tutulur.
Orta müddətli müdafiə planına hərbi kəşfiyyat peyklərinin alınması və daha çox sualtı qayıqların yerləşdirilməsi kimi bir neçə müdafiə məqsədi də daxildir.
Ay Tac







jpg-1704954017.webp)







