• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bu ölkədə seçkiyə nəzarəti ORDU EDƏCƏK 

DÜNYA

12 Dekabr 2023 | 11:53

Bu ölkədə seçkiyə nəzarəti ORDU EDƏCƏK

Banqladeş Mərkəzi Seçki Komissiyası 2024-cü il yanvarın 7-nə təyin edilən parlament seçkiləri zamanı asayişi təmin etmək üçün Silahlı Qüvvələrdən yardım istəyib.

Bakıvaxtı.az xəbər verir ki, Banqladeş Silahlı Qüvvələrinin nümayəndəsi general-leytenant Vakar-uz-Zaman bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, dekabrın 29-dan etibarən quru qoşunları 13 gün ərzində bütün ölkə ərazisində təhlükəsizliyə nəzarət edəcək. General öncəki seçkilərdə qayda-qanunun qorunmasına 35 mindən çox hərbçinin cəlb edildiyini xatırladıb.

Banqladeşin Baş naziri, “Avami Liq” Partiyasının lideri Şeyx Hasina qarşıdan gələn seçkilərdə dördüncü dəfə hökumət başçısı seçilmək niyyətindədir. Yay aylarında küçə etirazları kampaniyasına başlayan ölkənin ən böyük müxalif qüvvəsi - Milli Partiya isə seçkiləri pozmağı planlaşdırır. Onlar Baş nazirin istefasının azad və ədalətli seçkilərin yeganə yolu olduğunu düşünür. Hökumət başçısı isə öz növbəsində müxalifəti ölkəni xaosa sürükləməkdə ittiham edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026