Pakistanın şimal-qərbində Dera İsmayıl Xan şəhərində yaraqlılar partlayıcı vasitələrlə doldurulan yük maşınını polis məntəqəsinə çırpıblar.
Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 24 polis əməkdaşı həlak olub, yaralılar var.
Rəsmilər terror hadisəsini “Taliban” qruplaşmasının törətdiyini bildiriblər.
Qeyd edək ki, Dera İsmayıl Xan şəhəri Taliban yaraqlı qruplaşmasının keçmiş sığınacağı olub. 2014-cü ildən Pakistan ordusu orada yaraqlılara qarşı çoxsaylı əməliyyatlar həyata keçirib.
***
10:05
Pakistanın Xayber-Paxtunxva vilayətinin şimal-qərbində yerləşən polis məntəqəsində baş verən partlayış nəticəsində azı 4 polis ölüb, bir neçəsi yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, həmin vilayətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər yaralanıb.
Terror aktlarına görə məsuliyyəti qadağan edilmiş “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.








jpg-1704954017.webp)







