Ötən gecə Moskvada vəfat edən Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Bakıvaxtı.az xəbər verir ki, R.İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.
***
16:40
Kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, o, martın 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.
R.İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Moskvadan çox pis xəbər aldıq... Uzun sürən xəstəlikdən sonra, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. Əlvida ustad! Əlvida kinomuzun ən böyük dostu! Əlvida əziz həmkar!”.
















