• Bakı 29° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Sabah 37 dərəcə isti olacaq

CƏMİYYƏT

18 Avqust 2026 | 12:28

Sabah 37 dərəcə isti olacaq

Avqustun 19-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026