• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Şahdağ Milli Parkındakı yanğın söndürüldü

CƏMİYYƏT

16 Avqust 2022 | 23:28

Şahdağ Milli Parkındakı yanğın söndürüldü

Qəbələ rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev apa-ya bildirib ki, Şahdağ Milli Parkının Bum meşəbəyliyinin Tikanlı kəndi ərazisində, yüksək dağın zirvəsindəki 1 hektar meşə sahəsində baş verən yanğın bir sutka sonra söndürülüb.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi mümkün olmayıb.

Hadisənin qarşısını almaq üçün əsasən əl əməyindən istifadə olunub.

Bu gün Qəbələ şəhərinin şimalındakı meşə sahəsində də yanğın başlayıb.

Hazırda FHN və ETSN-in yerli qurumlarının əməkdaşları və bir helikopter hadisə yerinə cəlb olunub.

İndiyədək 2 hektar meşə sahəsi yanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026