Dövlət başçımızın uzaqgörən siyasəti parlament diplomatiyamızın uğurunun əsas amilidir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O, bu günün ölkəmizdə "Gənclər Günü" kimi qeyd olunduğunu vurğulayaraq bildirib:
"Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində və Antiterror əməliyyatlarında iştirak etmiş, istənilən sahədə uğurlar qazanmışlar. Mən gənclərimizi ürəkdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram".
Əli Hüseynov
Bakı 




