• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Salyanda qatar qadını vuraraq öldürüb - DİN-dən AÇIQLAMA + YENİLƏNİB 

HADİSƏ

16 Avqust 2023 | 11:31 | Müəllif: Subhan Mahmudov

Salyanda qatar qadını vuraraq öldürüb - DİN-dən AÇIQLAMA + YENİLƏNİB

Bu gün səhər saatlarında Salyan rayonunun Arbatan kənd sakini S.Dadaşovanı rayon ərazisində dəmir yolunu keçmək istəyən zaman teplovoz vurub.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra isə S.Dadaşova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

10:16

Salyanda qatar qadını vuraraq öldürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin “Süd zavodu” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Dadaşova Sədaqət Azadxan qızı dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026