• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şamaxıda qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB

HADİSƏ

05 Dekabr 2023 | 19:05

Şamaxıda qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB

Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

18:10

Şamaxıda avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, öıümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026