• Bakı 16° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Saxta aksiz markalı 16 min siqaret aşkar edib

CƏMİYYƏT

07 Mart 2024 | 12:45

Saxta aksiz markalı 16 min siqaret aşkar edib

2024-cü ilin mart ayında Dövlət Vergi Xidmətinin (DVX) Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanmış nəqliyyat vasitələrində, o cümlədən köşklərdə yerləşən 21 satış nöqtəsində operativ vergi nəzarəti tədbirləri keçirilib.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu tədbirlər nəticəsində həmin obyektlərin hər birində qanunsuz yolla əldə edilmiş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirilməsi halları aşkar edilib. Nəzarət tədbirləri zamanı həmin obyektlərdən 16.062 qutu tütün məmulatı aşkar edilərək götürülüb.

    Qeyd edilib ki, 20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin əməlində Cinayət Məcəlləsinin 213-1 və 213-2-ci maddələrinin əlamətləri mövcud olduğu üçün toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş idarəsinə göndərilib.


    Saxta aksiz markalı 16 min siqaret aşkar edibSaxta aksiz markalı 16 min siqaret aşkar edibSaxta aksiz markalı 16 min siqaret aşkar edib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR