Ukrayna Premyer Liqasını çempion kimi başa vuran "Şaxtyor Donetsk" yay transfer dövrünə sürətli başlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən bildirir ki, klub daha əvvəl Qleyker Mendozanı 3 milyon avro qarşılığında, Brunyonu isə 11 milyon avroya heyətinə qatmışdı.
Narıncı-qara rəngli komanda üçüncü transferini isə tanış sima ilə reallaşdırıb.
"Şaxtyor Donetsk" əzəli rəqibi "Dinamo Kiyev"də çıxış edən və 2016–17 mövsümündə "Fənərbağça" formasını geyinmiş Aleksandr Karavaevlə müqavilə imzaladığını açıqlayıb.
34 yaşlı təcrübəli sağ cinah müdafiəçisi isə 2 illik müqavilə bağlanıb. O, komandada 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sözügedən kluba Arda Turan rəhbərlik edir.
Ələsgərzadə Şəbnəm
BDU-nun Jurnalistika fakültəsi IV kurs tələbəsi
Bakı 



