• Bakı 25° C

    15.59 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Səbaildə yarımçıq tikili yandı - VİDEO

HADİSƏ

13 Aprel 2024 | 09:08

Səbaildə yarımçıq tikili yandı - VİDEO

Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirlikdən Bakıavxtı.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.


SON XƏBƏRLƏR

26 Iyul 2024