• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Səbail”in kapitanından YENİ XƏBƏR

İDMAN

13 Noyabr 2023 | 18:27

“Səbail”in kapitanından YENİ XƏBƏR

“Səbail”in futbolçusu Ağabala Ramazanov bu həftə xəstəxanadan evə buraxılacaq.

Bu barədə Bakıvaxtı.az-a paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən kapitanın vəziyyəti artıq yaxşıdır: “Ağabala Ramazanov özünü çox yaxşı hiss edir. Artıq neçə gündür palataya köçürülüb. Çox güman ki, 2-3 gündən sonra evə buraxılacaq. Həkimlər evdə də onun üçün müalicə kursu tətbiq edəcəklər”.

O bildirib ki, hücumçunun məşqlərə başlayacağı tarix xəstəxananı tərk etdikdən sonra qoyulacaq diaqnozdan asılı olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026