• Bakı 23° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ramil Şeydayevin komandası qrupda qalıb

İDMAN

12 Dekabr 2023 | 20:22 | Müəllif: Subhan Mahmudov

Ramil Şeydayevin komandası qrupda qalıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasında qrup mərhələsinin son matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda doğma meydanda Yaponiya “Kofu”sunu sınağa çəkib.

Qonaqlar 3:2 hesabı ilə qalib gəlib gələrək, qrup mərhələsini birinci yerdə başa vurub. 6 xala malik “Buriram Yunayted” isə sonuncu olub və yarışla vidalaşıb.

Qeyd edək ki, Ramil Şeydayev 8 oyunluq diskvalifikasiyası olduğu üçün matçı buraxıb. Cəzaya səbəb Asiya Çempionlar Liqasının qrup mərhələsində Çinin "Çyoçyan" komandası ilə görüşdən sonra kütləvi davada iştirak olub. Onunla yanaşı, "Buriram Yunayted"in daha 2 oyunçusu cəzaya məruz qalıb./idman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR