• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Oğlanlardan ibarət U-20 millisi mübarizəyə başlayır

İDMAN

11 Yanvar 2024 | 09:25

Oğlanlardan ibarət U-20 millisi mübarizəyə başlayır

Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026