• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan Kubokunda bu gün son iki yarımfinalçı bəlli olacaq

İDMAN

09 Fevral 2024 | 10:35

Azərbaycan Kubokunda bu gün son iki yarımfinalçı bəlli olacaq

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, son gündə 2 cavab oyunu keçiriləcək.

Əvvəlcə "Qəbələ" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Araz-Naxçıvan"la qarşılaşacaq.

"Neftçi" isə ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi "Sumqayıt"ı qəbul edəcək.

Xatırladaq ki, ötən gün keçirilən cavab oyunlarından sonra "Qarabağ" və "Zirə" yarımfinala adlayıb. Yarımfinalda "Qarabağ" "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə, "Zirə" isə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək.

9 fevral

16:00. "Qəbələ" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

İlk oyun - 1:1

19:00. "Neftçi" - "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

İlk oyun - 3:2

8 fevral

"Zirə" - "Səbail" - 3:0

İlk oyun - 2:1.

"Qarabağ" - "Sabah" - 3:4

İlk oyun - 7:1.

Yarımfinalda qarşılaşacaqlar

"Zirə" / "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi

"Neftçi" - "Sumqayıt" cütünün qalibi / "Qarabağ".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026