• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Futbolçu dünya çempionatından sonra içkiyə qurşanıb

İDMAN

09 Mart 2024 | 20:52 | Müəllif: Subhan Mahmudov

Futbolçu dünya çempionatından sonra içkiyə qurşanıb

Rusiya millisinin hücumçusu Fedor Smolov 2018-ci ildə dünya çempionatında uğursuzluqdan sonra içkiyə başladığını bildirib. Onun sözlərinə görə, penaltini buraxdığına görə özünü bağışlaya bilməyib.

Bakıvaxtı.az bildirir ki, Smolov hesab edir ki, "alkoqolla doldurduğunuz bir növ depressiyadır".

Futbolçu matçdan sonra istirahətə yollanıb və 10 gün dostları ilə içki içib.

Xatırladaq ki, DÇ-2018-də Rusiya 1/4 finalda Xorvatiyaya penaltilər seriyasında uduzub. Smolov həlledici anda qol vura bilməyib. Daha sonra xorvatlar Fransaya uduzaraq ikinci yeri tutublar./lent.az


Futbolçu dünya çempionatından sonra içkiyə qurşanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026