• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qrizman “Atletiko” tarixində ən çox qol vuran OYUNÇU OLDU

İDMAN

11 Yanvar 2024 | 14:26

Qrizman “Atletiko” tarixində ən çox qol vuran OYUNÇU OLDU

Xəbər verdiyimiz kimi, dünən gecə İspaniya Superkubokunun yarımfinal turunda “Atletiko Madrid” və “Real Madrid” komandaları üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, matç “Kral klubu”nun 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçda 1 qol vuran fransız futbolçu Antuan Qrizman klub tarixinə düşüb. Oyunun 37-ci dəqiqəsində komandasının ikinci qolunu vuran Qrizman "Atletiko Madrid" forması ilə qol sayını 174-ə çatdırıb. Beləliklə, ulduz futbolçu 173 qolu olan Luis Araqonesi geridə qoyaraq klub tarixinin bombardiri olub.

Qeyd edək ki, bu mövsüm "Atletiko Madrid"in heyətində 27 matça çıxan 32 yaşlı futbolçu 17 qol vurub, 4 məhsuldar ötürmə edib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026