Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, növbəti mərhələyə vəsiqə qazanan komandalardan biri də “Atalanta” komandası olub.
Onlar bu turda İtaliya nəhəngi “Milan”ı turnirdən uzaqlaşdırıblar: Milan 1-2 Atalanta
Milanın qolunu 45-ci dəqiqədə Rafael Leao vurub. Atalantalıların cavabı isə gecikməyib. Onlar 45+2-ci dəqiqədə Teon Kopmeynerslə hesabı bərabərləşdiriblar. Holland futbolçu matçın 59-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsindən sonra fərqlənərək hesabı özlərinin xeyirinə dəyişməyi bacarıb.
Bununla da “Atalanta” “Milan”ı turnirdən uzaqlaşdıraraq növbəti mərhələyə vəsiqəni əldə edib.
Ziyafət Əlisoy
















