• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Putin hər gün neçə saat idman etdiyini AÇIQLADI

İDMAN

11 Yanvar 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Putin hər gün neçə saat idman etdiyini AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin gündə nə qədər vaxtını idmana ayırdığını deyib.

Bakıvaxtı.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Putin hər bir insanın sağlamlığını qorumaq üçün gündəlik idman etməli olduğunu vurğulayıb. O, idmanla məşğul olanların sayının cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biri olduğunu qeyd edib.

“Əlbəttə, mən hər gün ən azı təxminən iki saat idman edirəm... Bu bəzən də iki saat yarım sürür - çünki idman zalı, hovuz, duş, bütün bunlara bir yerdə iki saat yarım vaxt gedir.

Mütləq iki saata ehtiyacınız yoxdur, ən azı bir saat, ən azı yarım saat... Hər bir insan bilməlidir ki, idmana vaxt ayırmaq lazımdır. Hətta müəyyən göstəricilərimiz var ki, biz ölkədə onlara nail olmalıyıq: ölkədə nə qədər insan bədən tərbiyəsi və idmanla məşğul olmalıdır... Bu, cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biridir”, - Putin qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026