• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Real” “Atletiko”nu məğlub edib, FİNALA YÜKSƏLDİ

İDMAN

11 Yanvar 2024 | 09:47

“Real” “Atletiko”nu məğlub edib, FİNALA YÜKSƏLDİ

İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko Madrid” və “Real Madrid” komandaları üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Madrid derbisində ümummilikdə 8 qol vurulub.

Matçın əsas vaxtı 3-3 hesabı ilə başa çatıb. Qarşılaşmanın nəticəsini əlavə vaxt müəyyənləşdirib. 

“Atletiko Madrid” 7-ci dəqiqədə Hermaso ilə hesabda önə keçib. “Real Madrid” 20-ci dəqiqədə Rüdigerlə hesabı bərabərləşdirib. Kral klubu 29-cu dəqiqədə Mendi ilə 2-1 önə keçib. Atletiko Madrid 37-ci dəqiqədə Antuan Qrizmanla hesabı bərabərləşdirib.

İlk hissə 2-2 hesabı ilə bitib. Qollar ikinci hissədə də davam edib. “Atletiko Madrid” 78-ci dəqiqədə Kepanın avtoqolu ilə 3-2 önə keçib. “Real Madrid” 85-ci dəqiqədə Karvaxalla hesabı 3-3-ə çatdırıb.

Qarşılaşmada 2 əlavə vaxt oynanılıb. “Real Madrid” 116-cı dəqiqədə Saviçin avtoqolu ilə 4-3 önə keçib. Brahim Diaz 122-ci dəqiqədə vurduğu qolla hesabı 5:3 edib.

Qeyd edək ki, “Real Madrid” finalda “Osasuna” – “Barselona” matçının qalibi ilə qarşılaşacaq.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR