UEFA Çempionlar Liqasında A, B, C, D qruplarında mövsümə yekun vurulub.
Bakıvaxtı.az qitə turnirində mübarizə aparan klubların qrup mərhələsindəki son oyunlarındakı nəticələrindən sonrakı durumlarını təqdim edir:
Bayern Münhen, Arsenal, Real Madrid, Real Sosiedad klubları qrup liderləri kimi 1/8 finala yüksəldilər.
FC Kopenhagen, PSV, Napoli, İnter klubları qrup ikinciləri kimi 1/8 finala yüksəldilər.
Qalatasaray, Lens, Braga, Benfika klubları UEFA Avropa Liqasına düşdülər.
Mançestr Yunayted, Sevilya, Union Berlin, Salzburg klubları isə ümumiyyətlə bu mövsümlük avrokuboklarla vidalaşdılar.
Ziyafət Əlisoy

















