• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Sabah"ın baş məşqçisinə Rusiyadan təklif gəldi

İDMAN

13 Dekabr 2023 | 10:49

"Sabah"ın baş məşqçisinə Rusiyadan təklif gəldi

"Sabah"ın baş məşqçisi Murad Musayevə daha bir Rusiya klubundan təklif gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Birinci divizionda mübarizə aparan "Şinnik" 40 yaşlı mütəxəssislə danışıq aparır. Yaroslavl təmsilçisinin idman koordinatoru Aleksandr Pobeqalovun bir müddət əvvəl bu məqsədlə Azərbaycana səfər etdiyi də bildirilir. Klubun baş direktoru Qalimcan Xayrulin bu barədə açıqlama verib: "Bəli, Aleksandr Mixayloviç Azərbaycana uçdu. Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik. Hazırda Yaroslavl vilayətində futbolun inkişafı üçün hər şey edilir".

Qeyd edək ki, Murad Musayev 2021-ci ildən "Sabah"ı çalışdırır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026