• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident seçkiləri: Kim(lər) geri çəkiləcək?

SİYASƏT

02 Fevral 2024 | 10:58

Prezident seçkiləri: Kim(lər) geri çəkiləcək?

Məlum olduğu kimi, fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu seçkidə 7 nəfər mübarizə aparacaq.

Seçkiyə sayılı günlər qalıb. Maraqlıdır, hansı namizəd hansı halda öz namizədliyini geri götürə bilər?

Bakıvaxtı.az elə bu sualla prezidentliyə namizədlərə müraciət edib.

Elşad Musayev: İllərin təcrübəsi göstərir ki, Cəmil Həsənli öz maraqlarını çox yaxşı güdür

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev

 - Biz bu seçkilərdə hakimiyyətə alternativik və heç bir halda namizədliyi geri götürmək barədə düşünmürük.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc:

 - Namizədliyimi irəli sürərkən ideya və baxışlarımızı qalib Azərbaycanın formalaşmaqda olan yeni milli gündəliyində yer alması imkanı kimi baxmışıq. O üzdən,zaman keçdikcə proqramımızın dövlət həyatında necə önəmli olduğu görünəcək. Artıq bülletenlər çap edilib,adımız orada əksini tapıb. Bütöv ölkə həyatında belə ümummilli prosesdə yer almaq özü şərəflidir. Mənə görə 10 milyondan çox namizəd var hüquqi qalibi 1, mənəvi-siyasi qalibi hamımız olacağıq. Mübarizəmiz 7 fevrala qədər davam edəcək”

Gununxeberi.az - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev:  

- Prezident parlamentli respublika modelinə keçidi qəbul etsə, güclü məhkəmə institutu yaradılacağına və andlı iclasçılar institutunun məhkəmə sisteminə gətiriləcəyinə, bazar iqtisadiyyatına keçiləcəyinə və böyük özəlləşdirmıyə gediləcəyinə təminat versə, böyük məmnuniyyətlə Prezidentin xeyrinə namizədliyimi geri götürərdim.Onun nəşini Rusiyadan gətirməliyik – Fazil Mustafa

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa:

- Namizədliyimi geri götürməyi düşünmürəm. Çünki bizim Azərbaycanın gələcəyi ilə bağlı idarəetməyə proseslərin gedişinə fərqli baxışımız var. Tamamilə fərqli istiqamətdə kadr siyasəti və başqa məsələləri gerçəkləşdirmək istərdim. Üst-üstə düşən məqamlar ancaq xarici siyasətlə bağlıdır. Xarici siyasətdə indiki iqtidarın kursunu doğru hesab edirəm. Amma daxili siyasətdə böyük problemlər var. Xüsusən də kadr siyasətində, infrastrukturun qurulmasında, ölkənin idarəetməsində islahatların demək olar ki, başqa xarakterdə getməsində. Ona görə də sona qədər davam etmək fikrindəyəm. Geri çəkilmək nəzərdə tutulmur. Əgər bütün məqamlarda fikirlər üst-üstə düşsə və ölkənin marağı üçün bu zəruri olsa idi bu barədə düşünmək olardı. Amma prosesin indiki gedişində davam etmək niyyətindəyəm.

Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri Fuad Əliyev:

- Biz seçkilərə qatılmışıq və sona qədər də mübarizəmizi davam etdirəcəyik. Kiminsə xeyrinə nazmidəliyimi geri götürmək və seçki kampaniyasını dayandırmaq fikrim yoxdur. Ola bilər ki, digər namizədlərdən kimsə mənim xeyrimə öz namizədliyini geri götürsün. Bu olsa, biz onu dəyərləndirib bununla bağlı qərar verərik. Artıq sayılı günlər qalıb. Gündəliyimiz intensivdir. Hər gün seçicilərlə görüş keçiririk. Hazırda da görüşə gedirik.

Razi Nurullayevin partiyası da qeydiyyata alınmadı - Şafaqna Azərbaycanca

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev:

- Partiyamızda namizədliyin geri götürlməsi ilə bağlı heç bir müzakirə olmayıb. Heç vaxt da belə bir məsələ gündəliyimizdə olmayıb. Bununla bağlı heç bir narahatlıq keçirmirik. Hazırda seçkidə iştirak edirik və seçicilərlə görüşlərimiz davam edir. Sona qədər bu seçkidə varıq.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026