• Bakı 23° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Sərhədlərin açılması üçün Türkiyə tərəfi ilə görüşəcəklər

DÜNYA

08 Sentyabr 2025 | 18:26

Sərhədlərin açılması üçün Türkiyə tərəfi ilə görüşəcəklər

Ermənistan Türkiyə ilə sərhədlərini açmağa və onunla diplomatik əlaqələr qurmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Rubinyan bildirib ki, Ermənistan tərəfdən sərhədlərin açılmasına heç bir maneə yoxdur və son vaxtlar Pakistanla diplomatik münasibətlərin qurulması onu göstərir ki, Türkiyə ilə prosesdə irəliləyişə ümid var.

"Əgər iradə olarsa və bizim tərəfimizdə olarsa, bu, qısa müddətdə baş verəcək", - deyə Rubinyan bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Türkiyə tərəfi ilə görüş baş tutacaq.


SON XƏBƏRLƏR