• Bakı 22° C

    5.26 m/s

Şərqiyyə Həsənova vəfat etdi

HADİSƏ

20 Iyun 2026 | 21:45 | Müəllif: Əli Hüseynov

Şərqiyyə Həsənova vəfat etdi

Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb.

Bakıvaxtı.az məlumat verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü Həsənova Şərqiyyə İdiş qızı yaşadığı binanın qarşısında döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bu gün tibb müəssisəsində vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Quliyev Ramiz Əhməd oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026