Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos növbəti dəfə zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı müdafiəçi məşqdə ayağından xəsarət alıb.
İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil./report/
Qeyd edək ki, 2021-ci ilin yayında İspaniya "Real Madrid"indən PSJ-yə keçən Serxio Ramos zədə səbəbindən yalnız 5 oyunda meydanda olub və 1 qol vurub.
















